Rusiya əvvəlkitək Böyük Britaniya üçün böyük təhlükə doğuran dövlətdir

Rusiya əvvəlkitək Böyük Britaniya üçün böyük təhlükə doğuran dövlətdir

31 İyul 2020 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Annabel Qoldi bəyan edib ki, Krallığın Hərbi İdarəsi Rusiyanı əhəmiyyətli təhlükəolan dövlət hesab etməkdə davam edir:

"Rusiya əvvəlkitək Böyük Britaniya üçün böyük təhlükə doğuran dövlətdir. Bu təhlükənin izlənilməsi və cavablandırılması Müdafiə Nazirliyinin əsas prioritetləri sırasına daxildir".


Oxuməni.az-ın Russian.rt.com-a istinadən verdiyi xəbərə görə, beləliklə, Lordlar Palatasının üzvü Con Andersonun Britaniya hökumətinə müraciətinə cavab verib.

Məsələnin mahiyyəti ondan ibarət idi ki, hökumət Baltik və Şimal dənizlərinin təhlükəsizliyini cari ildə Rusiyanın hərbi-dəniz donanmasının tərkibində 40 yeni gəmi və gəminin qəbul olunacağı barədə məlumatlar işığında necə qiymətləndirir.

"Müdafiə Nazirliyi işə salınan bütün yeni Rusiya gəmilərinin inkişafını izləyir və onların döyüş imkanlarına əsaslanaraq müvafiq nəticələr verir. Biz Rusiyanın hərbi-dəniz potensialının inkişafına yatırdığı sərmayələrin regionun, o cümlədən Baltik və Şimal dənizlərinin təhlükəsizliyinə təsirini qiymətləndirməkdə davam edirik", — deyə Qoldi bildirib.

İyulun 26-da Sankt-Peterburqdakı əsas hərbi-dəniz paradının gedişində Rusiya Prezidenti Vladimir Putin bildirib ki, cari ildə Rusiya Hərbi Dəniz Donanmasına 40 gəmi və müxtəlif sinif gəmiləri qəbul olunacaq.

Bir müddət əvvəl Britaniyanın müdafiə naziri Ben Uolles bəyan edib ki, Rusiya Şimali Atlantika Alyansı üçün real təhlükədir.

Oxuməni.az