Kremldən rusiyalı döyüşçülərin həbsinə münasibət

Kremldən rusiyalı döyüşçülərin həbsinə münasibət

30 İyul 2020 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

“Moskva hələlik Belarusda Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı tam məlumata malik deyil”.

Oxuməni.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu gün səfirimiz Belarus Xarici İşlər Nazirliyində görüş keçirib. Ümid edirik ki, bu görüş, eləcə də xüsusi xidmət orqanlarının əlaqə kanalları vasitəsilə baş verənlər haqqında ətraflı məlumat alacağıq. Əlbəttə ki, saxlanılan Rusiya vətəndaşlarının hüquqlarının tam qorunacağına ümid edirik”, - deyə Peskov vurğulayıb.
Kreml sözçüsü məsələnin hələ ki, prezidentlər Putin və Lukaşenko arasında telefon danışığı vasitəsilə müzakirəsinin planlaşdırılmadığını əlavə edib.
Peskov Belarusda saxlanılan döyüşçülər arasında Ukrayna vətəndaşlarının olması barədə məlumatları təkzib edib. Bildirib ki, onların hamısı Rusiya vətəndaşlarıdır.
Xatırladaq ki, dünən Minskdə Rusiyanın "Vaqner" özəl hərbi təşkilatının 30-dan çox döyüşçüsü saxlanılıb, onlara qarşı cinayət işi açılıb.

Oxuməni.az