ABŞ-da qatar relsdən çıxaraq yanıb

ABŞ-da qatar relsdən çıxaraq yanıb

30 İyul 2020 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Tempe şəhərində (Arizona ştatı) qatar relsdən çıxaraq yanıb.

Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin “Twitter” səhifəsində məlumat yer alıb.

“Tempe polisi və yanğındanmühafizə xidməti Taun-Leyk gölü üzərindəki körpüdə qatarın relsdən çıxaraq yandığı hadisə yerinə cəlb olunub”, - deyə məlumatda bildirilir.

“CBS” telekanalının məlumatına görə, hadisə nəticəsində körpünün bir hissəsi qismən dağılıb.

İnsident zamanı ölüm və ya xəsarət barədə məlumat verilməyib.

Oxuməni.az