ÜST: COVID-19-un təhlükə dərəcəsi dəyişməyib

ÜST: COVID-19-un təhlükə dərəcəsi dəyişməyib

29 İyul 2020 16:41
Bəyəndim (0) Bəyənmədim (0)

Vyetnamın Dananq bölgəsində aşkarlanan koronavirus infeksiyası yoluxucu dərəcəsinə görə əvvəlkindən fərqlənmir.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Vyetnamdakı nümayəndəsi Kidon Park bildirib.
ÜST rəsmisinin sözlərinə görə, narahatlığa səbəb yoxdur. Mövcud məlumatlara əsasən, COVID-19-un yoluxdurma və təhlükə dərəcəsi dəyişməyib.
Daha öncə Vyetnam səlahiyyətliləri Dananqda və ətraf bölgələrdə COVID-19-un əvvəllər ölkədə rast gəlinməyən yeni növünü qeydə aldıqlarını bildiriblər.
Son 5 gündə Dananqda 29 yeni koronavirus infeksiyası aşkar edilib.
Yerli həkimlər hesab edirlər ki, bu, əvvəllər onlara məlum olan eyni koronavirus növündən daha aqressiv ola bilər, çünki xəstələrin vəziyyətini tez bir zamanda ağırlaşdırır.

Oxuməni.az