Belarusiyada 32 əcnəbi döyüşçünün saxlanılması barədə məlumat verilib

Belarusiyada 32 əcnəbi döyüşçünün saxlanılması barədə məlumat verilib

29 İyul 2020 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

BELTA xəbər verir ki, Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları xarici xüsusi hərbi şirkətin 32 yaraqlısını Minskdə saxlayıblar. Hadisə iyulun 29-na keçən gecə baş verib.

Belarusiyanın İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sergey Kabakoviç portala bildirib ki, "hələlik bizdə heç bir əlavə məlumat yoxdur"

Ötən həftə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə hansısa xarici qüvvələrin süni şəkildə sabitliyi poza bilməsinin mümkünlüyünü göstərib. Onun sözlərinə görə, Belarusun özündə maydaninlər kifayət deyil, lakin onlar kənardan qızışdırıla bilər. Onlar xüsusi hərbi kompaniyalar tərəfindən hazırlanan peşəkar hərbçilər və banditlərdir və bu əsasla da pul qazanırlar.

Oxuməni.az