NATO Ukraynaya alyansa daxil olmaq üçün bir sıra şərtlər irəli sürüb

NATO Ukraynaya alyansa daxil olmaq üçün bir sıra şərtlər irəli sürüb

15 İyul 2020 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna NATO-nun tamhüquqlu üzvü ola bilər, lakin yalnız ölkədə irimiqyaslı islahatlar aparıldıqdan sonra.

Oxuməni.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Ukraynadakı nümayəndəliyinin rəhbəri Aleksander Vinnikov "Ukrayna Radiosu"nun efirində bildirib.

O dəqiqləşdirib ki, 2018-ci ildə qəbul edilmiş "Ukraynanın milli təhlükəsizliyi haqqında"qanunun yerinə yetirilməsi də daxil olmaqla, təhlükəsizlik və müdafiə sektorunda kompleks islahatlar aparmaq lazımdır. Söhbət Təhlükəsizlik Şurasının islahatı, kəşfiyyat sektoru, "Dövlət sirri haqqında" və "Təhlükəsizlik və kəşfiyyat sektorunun parlament nəzarəti haqqında" qanun layihəsinin qəbulundan, həmçinin müdafiə-Texniki Kompleksin islahatı, məhkəmə islahatlarından gedir. Korrupsiyaya qarşı sistemli mübarizə də vacibdir.

NATO nümayəndəsi əlavə edib ki, investorlar qorunsun deyə, iqtisadiyyatda kompleks islahatlar aparmaq lazımdır.

Bundan əvvəl Ukrayna NATO-nun geniş imkanlar proqramına üzv olub.

Oxuməni.az