Peskov Putinin məzuniyyəti ilə bağlı suala cavab verdi

Peskov Putinin məzuniyyəti ilə bağlı suala cavab verdi

15 İyul 2020 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Peskov Putinin məzuniyyəti ilə bağlı suala cavab verib.

Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hələ dövlət başçısı Vladimir Putinin məzuniyyətinin vaxtı barədə ona heç nə məlum deyil.

"Prezidentin gərgin işi ilə bağlı onun nə vaxt məzuniyyətə çıxması barədə məlumata malik deyil", - deyə Peskov bildirib.

Mətbuat katibi həmçinin qeyd edib ki, o, hələ məzuniyyət planları haqda düşünməyib.

"Hələ başa düşmürəm. Əgər imkan olarsa, mütləq məzuniyyətə çıxacağam. Tətilə getmək lazımdır", - Peskov bildirib.

Bir müddət əvvəl Peskov Putinin "sözün yaxşı mənasında zəhmətkeş" olduğunu bəyan etmişdi.

Oxuməni.az