Belarusda Lukaşenkonun rəqibini dəstəkləyən 200 nümayişçi həbs edildi

Belarusda Lukaşenkonun rəqibini dəstəkləyən 200 nümayişçi həbs edildi

15 İyul 13:00
1 228
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusda qeydiyyata alınmamış prezidentliyə namizədləri dəstəkləyən icazəsiz kortəbii mitinqin 200-ə yaxın iştirakçısı saxlanılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə "Vesna" insan hüquqları mərkəzinin saytında məlumat verilib.

Mərkəzdən bildirilib ki, Minskdə müxtəlif Belarus və beynəlxalq KİV-lərin jurnalistləri də daxil olmaqla 188 nəfər saxlanılıb. Onların bəzilərinin sonda sərbəst buraxıldıqları qeyd edilir.

Aksiyalar həmçinin Qomel, Brest, Prujan, Saliqorsk, Bobruisk, Qrodno və Stolbtsa şəhərlərində də keçirilib və bu şəhərlərdə ümumilikdə 30 nəfər saxlanılıb.

Xatırladaq ki, Belarus MSK-sı iyulun 14-də prezidentliyə namizəd Viktor Babarikonun namizədliyini qeydiyyata almayıb. Hhazırda "Belqazprombank"ın keçmiş idarə heyəti həbsdədir və çirkli pulların yuyulması, vergidən yayınma və rüşvət almaqda ittiham olunur.

Oxuməni.az