Ukraynada COVİD-19 görə karantin davam edəcək

Ukraynada COVİD-19 görə karantin davam edəcək

15 İyul 2020 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada koronavirusa görə tətbiq edilən karantinin ən azı bir ay daha uzadılmağı planlaşdırılır.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov bildirib.
Ukrayna Nazirlər Kabineti iyulun 21-də keçirilən iclasda koronavirus infeksiyası səbəbindən ölkədə karantin məhdudiyyətlərinin uzadılması məsələsini nəzərdən keçirəcək. Hazırkı məhdudiyyətlərin müddəti iyulun 31-də başa çatır.

"31 iyulda karantin bitir. İndi mövcud olan epidemiya vəziyyətinə görə biz məhdudlaşdırıcı tədbirlərdən imtina edə bilmərik. Buna görə də biz uzadacağıq", - Stepanova "RBK-Ukrayna" agentliyinə istinad edir".

Oxuməni.az