Tramp ticarət müharibəsində Çin ilə razılaşmadan imtina etdi

Tramp ticarət müharibəsində Çin ilə razılaşmadan imtina etdi

15 İyul 2020 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Çinlə ticarət müharibəsində razılaşmadan imtina etdi və Pekinlə "Əməliyyatın ikinci mərhələsi"ni bağladı.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı CBS telekanalına müsahibəsində bildirib.

Tramp Pekinlə gələcək sazişlərin perspektivləri ilə bağlı aparıcı suala cavab verərək deyib: "Mən indi Çinlə danışıqlarda maraqlı deyiləm". Bununla yanaşı, Amerika prezidenti hələ də yanvarda bağlanmış "sazişin birinci fazası"nı yüksək qiymətləndirdiyini bildirib.

Onun sözlərinə görə, bundan qısa müddət sonra Çinlə münasibətlər koronavirusun pandemiyasının inkişafı səbəbindən pozulub.

Oxuməni.az