Moskvada son sutkada koronavirusdan 29 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 29 nəfər ölüb

15 İyul 2020 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada son sutka ərzində koronavirusdan 29 nəfər dünyasını dəyişib.

Oxuməni.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Beləliklə, paytaxtda koronavirusdan ölənlərin ümumi sayı 4234-ə çatıb.

Qeyd edək ki, iyulun 13-dən Moskvada koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayıb.

Oxuməni.az