Moskva ətrafında üçmərtəbəli ayaqqabı anbarı yanıb

Moskva ətrafında üçmərtəbəli ayaqqabı anbarı yanıb

15 İyul 2020 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva ətrafında Dolqoprudnıy şəhərinin Xlebnikovo mikrorayonunda üçmərtəbəli ayaqqabı anbarında yanğın baş verib.

Oxuməni.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Yanğın Novaya küçəsi, 1A ünvanında yerləşən anbar bütünlüklə yanaraq 6,5 min kvadratmetr sahəni əhatə edib.

Bildirilib ki, binanın dam örtüyü tamamilə yanaraq uçub-tökülüb.

Oxuməni.az