Mişustin: “Milli layihələrə payızda düzəlişlər edilməlidir”

Mişustin: “Milli layihələrə payızda düzəlişlər edilməlidir”

13 İyul 2020 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Milli layihələrin əsas parametrlərini cari ilin payızında düzəliş etmək lazımdır ki, büdcənin hazırlanması zamanı nəzərə alınsın.

Oxuməni.az Tass-a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Strateji İnkişaf və milli layihələr Şurasının iclasında Baş nazir Mixail Mişustin bildirib.

"Biz milli layihələrin əsas parametrlərinin payızda düzəlişini başa çatdırmalıyıq ki, onu növbəti üçillik büdcənin formalaşdırılması ilə sinxronlaşdıraq", - Mişustin bildirib.

Baş nazir həmçinin milli məqsədlərə nail olma müddətinin 2030-cu ilə qədər uzadıla biləcəyini də söyləyib.

"Bu gün sizin dediyiniz milli məqsədlərə nailolma müddətini 2030-cu ilə qədər uzatmaq mümkündür. Eyni zamanda, iki il əvvəl müəyyənləşdirdiyiniz İnkişaf Məqsədlərinə münasibətdə onların varisliyini maksimum dərəcədə təmin etmək. Əlbəttə ki, bu müddət ərzində yığılan milli layihələrin həyata keçirilməsi təcrübəsini nəzərə almaq lazımdır", - deyə Mişustin bildirib.

Oxuməni.az