Gürcüstan və Ukrayna NATO tərkibinə daxil olarsa,  Rusiya bunu həzm etməyəcək

Gürcüstan və Ukrayna NATO tərkibinə daxil olarsa, Rusiya bunu həzm etməyəcək

11 İyul 09:12
1 787
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan və Ukrayna NATO tərkibinə daxil olarsa, Rusiya ilə alyans arasında qarşıdurma riski artar.

Oxuməni.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə senatoru Aleksey Puşkov Tvitter səhifəsində yazıb.

“Bu, Rusiya və NATO arasında konflikt riskini sürətlə artırar. Ona görə də nə Parisdə, nə də Berlində Ukraynanı ittifaqa daxil etmək istəyirlər. Təhlükəli oyundur”, - deyə senator bildirib.

Qeyd edək ki, məşhur politoloq Zbiqnev Bjezinskinin oğlu İan Bjezinski Ukrayna və Gürcüstanın NATO-nun tərkibinə daxil edilməsini təklif edib.

Oxuməni.az