“Aya Sofyanın dirilişi Əqsa məscidinin azadlığa qovuşmasının müjdəçisidir"

“Aya Sofyanın dirilişi Əqsa məscidinin azadlığa qovuşmasının müjdəçisidir"

11 İyul 08:28
1 752
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya ilə bağlı tarixi qərarı açıqlayarkən söylədiyi cümlələr dünya mediasında əks-səda yaradıb.

Oxuməni.az xəbər verir ki, türk lider çıxışında əvvəlcə “Bu gün Aya Sofya dəfələrlə şahidi olduğu yenidən dirilişlərindən birini yaşayır” deyib.

Ardınca “Aya Sofyanın dirilişi Əqsa məscidinin azadlığa qovuşmasının müjdəçisidir. Müsəlmanların durğunluq dövründən çıxış iradəsinin ayaq səsidir”, - deyə Ərdoğan bildirib.

Ərdoğanın bu tarixi qərarla dünya müsəlmanlarına məxsusi mesaj yolladığı deyilir.

Oxuməni.az