Türkiyədə 5 terrorçu təslim olub, 17 nəfər şübhəli şəxs qismində həbs edilib

Türkiyədə 5 terrorçu təslim olub, 17 nəfər şübhəli şəxs qismində həbs edilib

10 İyul 2020 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Şırnak bölgəsində beş terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Oxuməni.az xəbər verir ki, bununla da yanvarın 1-dən etibarən təslim olan terrorçuların sayı 100-ə çatıb.

İyulun 10-da Adanada terrorizmlə mübarizə polisi PKK/KCK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib. Saxlanılan 17 şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Şübhəlilərin evində axtarış aparılan zaman həbsxanadakı terrorçuların göndərdikləri təlimatlar, terror təşkilatlarına məxsus digər vəsaitlər, o cümlədən “Kalaşnikov” markalı avtomat silah ələ keçirilib.

Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Suriya ərazisində “Zeytun budağı” antiterror əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozmağa cəhd edən altı nəfərlik PKK/YPG qrupu saxlanılıb.

Oxuməni.az