Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub

Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub

10 İyul 12:21
1 942
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin cənubi, cənub-qərbi, şərqi və mərkəzi əyalətlərində aramsız yağışlar nəticəsində baş vermiş daşqınlar 30 milyondan çox sakinə ziyan vurub.

Oxuməni.az-ın məlumatına görə, azı 140 nəfər ölüb və ya itkin düşmüş hesab edilib.

Daşqınlardan ən çox Tszyansi, Hubey, Hunan, Quandun, Sıçuan, Quyçjou əyalətlərinə zərər dəyib. Daşqın zonasından 1,7 milyondan çox sakin təxliyə olunub.

Həmin əyalətlərdə 270 mindən yaşayış binası və tikili dağılıb, daşqınların vurduğu iqtisadi ziyan 9 milyard dollara yaxın məbləğdə ölçülür.

Oxuməni.az