Tokayev hökumətin iş perspektivlərini COVİD-19 vəziyyəti ilə əlaqələndirdi

Tokayev hökumətin iş perspektivlərini COVİD-19 vəziyyəti ilə əlaqələndirdi

10 İyul 11:45
1 910
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Prezidenti Tokayev hökumətin iş perspektivlərini COVİD-19 vəziyyəti ilə əlaqələndirib.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev indiki heyətdə respublika hökumətinin iş perspektivlərini koronavirusa qarşı mübarizə tədbirlərinin və ölkədə fəaliyyət göstərən karantin məhdudiyyətləri ilə əlaqələndirib.

"Ümid edirəm ki, vəziyyət iki həftə sonra yaxşılaşacaq. Əks halda, sual yaranır ki, hökumət bütövlükdə bu tərkibdə işləyə bilərmi", - deyə Tokayev Nazirlər Kabinetinin geniş iclasında bildirib. Onun sözləri prezidentin mətbuat xidmətindən sitat gətirilir.

İyulun 5-dən Qazaxıstanda 14 gün müddətinə bir sıra karantin məhdudiyyətləri tətbiq edilib. Bu müddət bitdikdən sonra məhdudiyyətlər uzadıla və ya sərtləşdirilə bilər.

Rusiyada və dünyada COVİD-19 vəziyyəti haqqında son məlumatlar stopkoronavirus.rf portalında təqdim olunur.

Oxuməni.az