Serbiyada 118 polis iğtişaşlar zamanı xəsarət alıb

Serbiyada 118 polis iğtişaşlar zamanı xəsarət alıb

10 İyul 2020 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiyada iki gündür davam edən iğtişaşlar zamanı 118 polis əməkdaşı yaralanıb, 153 nəfər saxlanılıb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə polisinin direktoru Vladimir Rebiç bildirib.

“İki gün davam edən aksiyalar zamanı etirazçılar 118 polis əməkdaşına xəsarət yetirib və onlara tibbi yardım göstərilib. Zorakılıqlar tək Belqradda deyil, Novi-Sadda, Nişdə və Kraquyevasda da törədilib. Belə zorakılıq qəbuledilməzdir və polis küçələrdə zorakılığın dayandırılması üçün bütün tədbirləri görəcək və qanunu pozanlar qanun hüquq qarşısında cavab verəcəklər”, - Rebiç belə deyib.

O qeyd edib ki, iki gün ərzində 153 nəfər saxlanılıb.

Oxuməni.az