Meksikada sutka üzrə rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Meksikada sutka üzrə rekord sayda koronavirusa yoluxma qeydə alınıb

10 İyul 09:41
1 891
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikada son sutkada 7280 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 282 283-ə çatıb. Bu, ölkədə epidemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir. Xəstəliyin ağırlaşması səbəbindən 730 nəfər isə dünyasını dəyişib.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Son 24 saatda, həmçinin virusa yoluxmuş 895 xəstə vəfat edib, ölənlərin ümumi sayı isə 33 526-dır.

Qeyd edək ki, bu günə qədər ölkənin 32 ştatından 17-də epidemiya təhlükəsinin səviyyəsi maksimumdan yüksək səviyyəyə enib.

Oxuməni.az