Ukrayna Rusiya ilə terrorizmə qarşı mübarizə haqqında memorandumu ləğv edib

Ukrayna Rusiya ilə terrorizmə qarşı mübarizə haqqında memorandumu ləğv edib

8 İyul 2020 16:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hökuməti Rusiya ilə terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq haqqında memorandumun ləğv edilməsi barədə qərar qəbul edib.

Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, bu barədə "112 Ukrayna" telekanalı yazır.

Qeyd edildiyi kimi, Nazirlər Kabinetinin iyulun 8-də keçirilən iclasında qərar qəbul edilib.

"12 iyul 2012-ci il tarixində Yaltada imzalanmış terrorizmə qarşı mübarizədə əməkdaşlıq haqqında Ukrayna Nazirlər Kabineti və Rusiya Federasiyası hökuməti arasında memorandum ləğv edilsin", - qərarın mətnində deyilir.

Bundan əvvəl Ukrayna MDB-nin iştirakçısı olan dövlətlərin maliyyə kəşfiyyat bölmələrinin rəhbərləri Şurasının yaradılması haqda razılaşmadan çıxıb.

İyunun 22-də Kiyevdə bəyan ediblər ki, Ukrayna Rusiya ilə müqavilə bazasının auditini davam etdirir.

Oxuməni.az