Afrikada COVID-19-a yoluxanların sayı 500 mini ötüb

Afrikada COVID-19-a yoluxanların sayı 500 mini ötüb

8 İyul 2020 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Afrikada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 507 187 nəfərə çatıb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Afrikada indiyədək 11 959 nəfər pandemiyanın qurbanı olub. Afrika qitəsində COVID-19-a yoluxmaların daha çox aşkarlandığı ölkələr CAR (215 855) və Misirdir (77 279).

Virusdan ölüm halları da daha çox Misir (3489), CAR (3502) və Əlcəzairdə (968) qeydə alınıb.

Oxuməni.az