ABŞ-dan Şimali Koreya açıqlaması

ABŞ-dan Şimali Koreya açıqlaması

8 İyul 15:56
1 261
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreya ilə danışıqlara hazırıq.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Stiven Biqan Cənubi Koreya səfərində deyib.

“Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi vacib məsələdir. Şimali Koreya lideri Kim Çen İn bu mövzuda mənimlə işləmək üçün səlahiyyətli şəxs təyin etsə, danışıqlar aparmağa hazırıq”, - S.Biqan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-la danışıqlar masasına oturmayacaqlarını açıqlamışdı.

Oxuməni.az