Ramzan Kadırov Çeçenistanda toyların keçirilməsinə icazə verib

Ramzan Kadırov Çeçenistanda toyların keçirilməsinə icazə verib

8 İyul 2020 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Çeçenistanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa ləğv olunub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Vkontakte” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

“Müsbət dinamikanı nəzərə alaraq toy mərasimlərinin keçirilməsi üçün sosial məsafə tədbirləri qorunub saxlanılmaqla, mərasim zallarının açılması barədə qərar qəbul etdim”, - deyə Çeçenistan rəhbəri yazıb.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə mart ayının sonlarından Çeçenistanda toy mərasimlərinin keçirilməsi qadağan edilib.

Oxuməni.az