ABŞ Tibetə görə Çinə viza sanksiyası tətbiq edib

ABŞ Tibetə görə Çinə viza sanksiyası tətbiq edib

8 İyul 10:50
1 209
Bəyəndim (0) Bəyənmədim (0)

Vaşinqton əcnəbilərin Tibetə girişini məhdudlaşdıran ÇXR-in rəsmi şəxslərinə qarşı viza sanksiyası tətbiq edib.

Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo açıqlama verib.

“Bu gün mən əcnəbilərin Tibet bölgəsinə girişi ilə bağlı siyasətin yürüdülməsi və ya həyata keçirilməsində yaxından iştirak edən Çin hökumətinin və Çin Kommunist Partiyasının rəsmi şəxslərinə qarşı viza məhdudiyyətlərinin tətbiq olunduğunu elan edirəm”, - deyə Pompeonun ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan açıqlamasında qeyd olunur. Sanksiyalar Tibetə qarşılıqlı giriş haqqında 2018-ci ilin Qanununa əsasən tətbiq edilir.

Pompeonun sözlərinə görə, “Pekin sistemli şəkildə amerikalı diplomatlara və digər rəsmi şəxslərə, jurnalistlərə və turistlərə Tibet Muxtar Vilayətinə və Tibetin digər bölgələrinə səyahət etməyə mane olur. Bunun əvəzində isə ÇXR-in rəsmi nümayəndələri və digər vətəndaşları ABŞ-a daha çox giriş imkanı əldə edirlər”.

O qeyd edib ki, ABŞ Tibet sakinlərinin maraqlarına uyğun olaraq “davamlı iqtisadi inkişafa kömək etmək, ətraf mühitin qorumaq və humanitar şəraiti yaxşılaşdırmaq” istiqamətində səylərini davam etdirmək niyyətindədir.

Oxuməni.az