Meksikada koronavirusa yoluxanların sayı 268 mini keçib

Meksikada koronavirusa yoluxanların sayı 268 mini keçib

8 İyul 10:02
1 273
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikada son sutkada 6258 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 268 008-ə çatıb. Xəstəliyin ağırlaşması səbəbindən 895 nəfər isə dünyasını dəyişib.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

“7 iyul 2020-ci il tarixinə olan məlumata əsasən, COVID-19 infeksiyasına 268 008 yoluxma halı təsdiqlənib, 26 557 aktiv (simptomlar son 14 gün ərzində ortaya çıxıb) və 77 703 şübhəli yoluxma faktı var”, - deyə nazir müavini özünün Twitter” səhifəsində bildirib.

Son 24 saatda, həmçinin virusa yoluxmuş 895 xəstə vəfat edib, ölənlərin ümumi sayı isə 32 014-dür.

Meksikanın 32 ştatının 17-də epidemiyanın təhlükə səviyyəsi qırmızı səviyyədən narıncı səviyyəyə enib, koronavirus üzrə məhdudiyyətlər planlı şəkildə götürülür. Bununla belə, kütləvi tədbirlər, kinoteatrlar, teatrlar, dini ayinlər, muzeylər, özəl və əksər dövlət idarələrinin və təhsil müəssisələrinin işi qapalı olaraq qalır.

Oxuməni.az