İran hökumətinin türk düşmənçiliyi davam edir

İran hökumətinin türk düşmənçiliyi davam edir

6 İyul 15:28
1 775
Bəyəndim (0) Bəyənmədim (0)

İran rejiminin Təbriz Bələdiyyəsi və Yanğınsöndürmə İdarəsindəki işçilərə əhali ilə türkcə (azərbaycanca) danışmaq qadağan edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə GADTB-nin mətbuat xidmətindən məlumat yayılıb.

Bildirilib ki, Kommunikasiya Texnologiyaları İdarəsinin rəhbəri Məhəmmədrza Məhəmmədi tərəfindən imzalanaraq göndərilən sərəncamda telsiz rabitədə bütün işçilərin farsca danışmalı olduğu bildirilib. Türkcə danışıldığı halda işçilərin əlavə iş saatı hüququndan (maaş artımına səbəb olan əlavə iş saatına qalmaq) məhrum ediləcəyi vurğulanıb.

Oxuməni.az