Britaniya rusiyalılara qarşı  yeni sanksiya tətbiq edəcək

Britaniya rusiyalılara qarşı yeni sanksiya tətbiq edəcək

6 İyul 2020 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniya hökuməti insan hüquqlarının pozulmasına aidiyyəti olan bir sıra Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarına sanksiyalar tətbiq edəcək.

Oxuməni.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, məhdudlaşdırıcı tədbirlər "Maqnitski düzəlişləri" çərçivəsində həyata keçiriləcək.

Financial Times-ın məlumatına görə, "qara siyahı"ya Səudiyyə Ərəbistanının müxalif jurnalisti Camal Xaşoqinin qətlində şübhəli bilinən şəxslər də daxil olacaq. Həmçinin siyahıya sonradan korrupsiya ilə əlaqədar olanları, jurnalistlərin və insanların dini əlamətə görə sıxışdırılmasını da əlavə edə bilərlər.

Britaniyanın xarici işlər naziri Dominik Raabın sözlərinə görə, "insan hüquqlarının kobud pozuntularına aidiyyəti olan "ölkəyə daxil olmağı, Britaniya banklarında pul saxlamağı və "iqtisadiyyatımız hesabına qazancdan istifadə etməyi" qadağan edəcək.

Oxuməni.az