Moskvada COVID-19 qurbanlarının sayı 3975-ə çatıb

Moskvada COVID-19 qurbanlarının sayı 3975-ə çatıb

6 İyul 2020 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 22 nəfər dünyasını dəyişib.

Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3975-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 681 251 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 6736 nəfər bu virusa yoluxub, 134 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 10 161 nəfərdir, indiyədək 450 750 nəfər sağalıb.

Oxuməni.az