İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

6 İyul 2020 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail ordusunun qırıcı təyyarəli və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq həyata keçirilib: "Bu gün Qəzza zolağından İsrail ərazisinə 3 raket atılıb. Buna cavab olaraq bir qədər əvvəl israil Müdafiə Ordusunun qırıcı təyyarələri və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın terror obyektlərinə zərbələr endiriblər".

Oxuməni.az