Rusiyada Mi-2 helikopteri qəzaya uğrayıb, ölən və yaralanan var

Rusiyada Mi-2 helikopteri qəzaya uğrayıb, ölən və yaralanan var

6 İyul 2020 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Rostov vilayətində Mi-2 helikopteri sərt eniş edib.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən bildiriblər.

Məlumata əsasən, helikopter sərt eniş etməsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Bildirilir ki, sərt enişə səbəb helikopterin mühərrikinin səradan çıxması olub.

Oxuməni.az