Macarıstan - Gürcüstan münasibətləri müzakirə ediləcək

Macarıstan - Gürcüstan münasibətləri müzakirə ediləcək

5 İyul 2020 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siarto iyulun 6-da Gürcüstana səfər edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər zamanı Macarıstanın xarici işlər naziri Gürcüstanın baş naziri, xarici işlər naziri, iqtisadiyyat və davamlı inkişaf naziri, regional inkişaf və infrastruktur naziri, eləcə də təhsil naziri ilə görüşlər keçirəcək.

Macarıstanlı nazir gürcü həmkarı Davit Zalkaliani ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Görüşdən sonra nazirlərin birgə bəyanatı olacaq.

Oxuməni.az