Afinada Türkiyə xofu davam edir

Afinada Türkiyə xofu davam edir

5 İyul 2020 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstan və Cənubi Kipr Ankaraya qarşı diplomatik cəbhə yaradıb.

Oxuməni.az xəbər verir ki, bunu Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias deyib.

N.Dendias Cənubi Kiprin XİN rəhbəri Nikos Xristodulidis ilə Afinada məsələ barədə müzakirələr apardığını bildirib:

“Görüşdə əsasən İraqdan Liviyaya qədər bütün bölgədə Türkiyənin sabitliyi pozması ilə bağlı narahatlığımızı dilə gətirdik. Beynəlxalq hüquqa əsaslanan bir diplomatik cəbhənin qurulduğunu təsdiqləmək də vacibdir. Yunanıstan və Cənubi Kipr Avropada dəfələrlə problemi müzakirəyə çıxardıb. Beynəlxalq təşkilatlar Türkiyənin davranışlarını dəfələrlə qınayıb, sanksiyalar tətbiq edib və qanunlara hörmət etməyə çağırıb. Türkiyə isə eşitmir və hələ də meydan oxumağa davam edir”.

Oxuməni.az