Liviyadakı hadisələr Londonu narahat edir

Liviyadakı hadisələr Londonu narahat edir

5 İyul 2020 08:39
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyada neft yataqlarına xarici muzdlu əsgərlərin müdaxilə etməsi bizi narahat edir.

Oxuməni.az xəbər verir ki, bu barədə İngiltərənin Liviyadakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, Liviyada yanvar ayından bəri davam edən neft hasilatının kəsintisi 6 milyard dollardan çox gəlir itkisinə səbəb olub:

“Bu dövr ərzində neft sektorunda infrastruktura da ziyan dəyib. Liviyanın enerji sektorunu hərbiləşdirmək olmaz. Bu, daha dərin ziyana yol açar.

Liviyanın əsas qazanc yeri enerji sektorudur. Enerji sektoru ölkənin münaqişədən sonra bərpa və yenidənqurma prosesi üçün həyati əhəmiyyət daşıyır. Bundan siyasi danışıq kartı kimi istifadə edilməməlidir”.

Oxuməni.az