ABŞ Moskvanın G7 sammitində mümkün iştirakının təfərrüatlarını Rusiya ilə müzakirə edir

ABŞ Moskvanın G7 sammitində mümkün iştirakının təfərrüatlarını Rusiya ilə müzakirə edir

3 İyul 2020 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Rusiya ilə Moskvanın payızda keçiriləcək "Böyük yeddilik" sammitində mümkün iştirakının təfərrüatlarını və formatını müzakirə edir.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan bildirib.

Bu il G7 sammiti ABŞ-da keçiriləcək. Rusiya 2014-cü ildən qrupun işində iştirak etmir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp "Böyük yeddilik" görüşünü sentyabr ayına keçirdiyini və əlavə dörd ölkəni - Rusiya, Hindistan, Avstraliya və Koreya Respublikasını oraya dəvət etmək istədiyini bildirib. Onun sözlərinə görə, G7-də Rusiyanın iştirakı sağlam düşüncə tələb edir.

"Hazırda biz Rusiya XİN və digər iştirakçı ölkələrin hökumətləri ilə bu sammitdə Rusiya üçün məqbul rolun olması məsələsini müzakirə edirik",- deyə Sullivan RBC-yə müsahibəsində bildirib.

Oxuməni.az