Putin Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik etdi

Putin Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik etdi

3 İyul 2020 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu Müstəqillik Günü münasibətilə təbrik edib.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Putin Lukaşenkoya dövlət bayramı münasibətilə təbrik teleqramı göndərib.

"Əminəm ki, biz birlikdə Rusiya-Belarus əlaqələrinin bütün istiqamətlərdə daha da genişləndirilməsini, həmçinin ittifaq dövləti, Avrasiya İqtisadi İttifaqı, KTMT və MDB çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyəti təmin edə biləcəyik. Bu, şübhəsiz ki, ölkələrimizin qardaş xalqlarının köklü maraqlarına cavab verir",- deyə Putinin mətbuat xidməti bildirir.

Təbrik məktubunda Rusiya ilə Belarus arasında münasibətlərin dostluq və müttəfiqlik ruhunda inkişaf etdiyi vurğulanır. Səmərəli ikitərəfli əməkdaşlıq, xarici siyasət və müdafiə sahəsində səylərin əlaqələndirilməsi, ticarət-iqtisadi, humanitar, elmi-texniki və digər sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirilir.

Oxuməni.az