Lukaşenko belaruslulara çevriliş təhlükəsi barədə xəbərdarlıq etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, 1990-cı illərdəki referendumlarda vətəndaşlar dövlət inkişafının təhlükəsizliyini və sabitliyini təmin edə biləcək güclü hakimiyyətin xeyrinə seçim ediblər.
Oxuməni.az xəbər verir ki, bu barədə BELTA yazır.
"Bu gün ayrı-ayrı güclər hay-küy salaraq islahatlar aparmaq istəyəcəklər. Ancaq sizi xəbərdar etmək istəyirəm ki, bu islahatlar nəticəsində kimsə ciblərini dolduracaq, siz isə yenə qazan-qazan gəzərək dilənmək məcburiyyətində qalacaqsınız",- deyə o, müxalifətçilərin təklif etdiyi islahatların ağır nəticələri barədə xəbərdarlıq edib.
Oxuməni.az
Digər xəbərlər