Tramp pandemiyadan ziyan çəkən ABŞ iqtisadiyyatının yaxşılaşdığını bildirib

Tramp pandemiyadan ziyan çəkən ABŞ iqtisadiyyatının yaxşılaşdığını bildirib

3 İyul 2020 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

“ABŞ iqtisadiyyatı yeni növ koronavirus pandemiyasının mənfi təsirindən azad olub”.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı ölkədə işsizliyin artması ilə bağlı məlumatları şərh edərkən bildirib.

ABŞ lideri qeyd edib ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, iyun ayında işsizlik nisbəti 2,2% və 11,1% təşkil edib: “Son bir ayda iş yerlərinin sayı 4,8 milyon artıb. İyun ayında ABŞ-da iş yerlərinin sayı, demək olar ki, 5 milyon artdı. Bu, bütün gözləntiləri üstələdi. Bu, eyni zamanda, ölkə tarixində aylıq iş sayının ən əhəmiyyətli artımıdır".

Tramp əlavə edib ki, bugünkü məlumatlar ABŞ iqtisadiyyatının yaxşılaşdığını sübut edir: "Üçüncü rüb fantastik olacaq. Fikrimcə, əvvəllər bu cür inkişaf olmayıb. Bu rəqəmlərin seçkidən dərhal əvvəl mövcud olacağı müsbət haldır, dördüncü rüb də inanılmaz dərəcədə yaxşı olacaq. 2021 tarixi il olacaq”.

Oxuməni.az