ABŞ Putinin hesablarına həbs qoymalıdır

ABŞ Putinin hesablarına həbs qoymalıdır

2 İyul 2020 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, Demokratlar Partiyasından olan senator Bob Menendes Rusiya Prezidenti Vladimir Putinə, Müdafiə naziri Sergey Şoyquya və digər vəzifəli şəxslərə sanksiya tətbiqini təklif edib.

Oxuməni.az xəbər verir ki, Menendes bu sanksiyaların Rusiyanın ABŞ əsgərlərinin öldürülməsinə görə Talibana mükafat təyin etməsi barədə iddialarla əlaqədar tətbiq edilməsini istəyib.

Senator düzəlişlərin Pentaqonun büdcə layihəsinə daxil edilməsini istəyib:

“Belə aydın olur ki, Prezident Tramp Amerika hərbçilərini qorumaq qabiliyyətində deyil. Bu situasiyada ön plana Konqres çıxmalı və Kreml aqressiyasından vətəndaşlarımızı müdafiə etməlidir. Pentaqon büdcəsini bu düzəliş olmadan qəbul etmək olmaz”.

Menendes Putin və Şoyqunun hesablarının dondurulmasını, həmçinin onların ABŞ-a girişinin məhdudlaşdırılmasını istəyib.

O, Rusiyanın müdafiə sektoruna bank məhdudiyyətlərinin tətbiq edilməsi, eləcə də Rusiya oliqarxlarına qarşı sanksiyaların tətbiq olunması gərəkdiyini vurğulayıb.

Oxuməni.az