Rusiya Konstitusiyasına edilən düzəlişləri  səsvermədə iştirak edənlərin 77,92%-i dəstəkləyib

Rusiya Konstitusiyasına edilən düzəlişləri  səsvermədə iştirak edənlərin 77,92%-i dəstəkləyib

2 İyul 12:09
1 763
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklər Ümumrusiya səsverməsində səs verənlərin 77,92%-ni dəstəkləyib.

Oxuməni.az Tass-a istinadən xəbər verir ki, MSK-nın İnformasiya Mərkəzində dərc olunan məlumatlara görə, Konstitusiyaya edilən düzəlişlərə səs verənlərin 21,27%-i etiraz edib. Son məlumatlara görə, ümumi seçici fəallığı 65% təşkil edib.

Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklər üzrə Ümumrusiya səsverməsi Rusiyanın bütün ərazisində çərşənbə günü saat 21:00-da başa çatıb. Səsvermənin əsas günü iyulun 1-dir, lakin ruslar 25-30 iyun tarixlərində də səs verə bilərdilər. Bu koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün hazırlanmışdır. Səslərin hesablanması bütün yeddi səsvermə günü həyata keçirilir.

Oxuməni.az