Banqladeşin dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

Banqladeşin dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

29 İyun 16:00
1 199
Bəyəndim (0) Bəyənmədim (0)

Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmiddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Oxuməni.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

İnanıram ki, Banqladeş ilə Azərbaycan arasında sıx əməkdaşlığa əsaslanan dostluq münasibətləri gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxuməni.az