Şri-Lankada komendant saatı ləğv edilib

Şri-Lankada komendant saatı ləğv edilib

29 İyun 2020 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Şri-Lankada koronavirus pandemiyası ilə əlaqədar mart ayında tətbiq olunmuş komendant saatı tamamilə ləğv edilib.

Oxuməni.az-ın məlumatına görə, bu barədə ölkə prezidentinin mətbuat xidməti elan edib.

Ölkədə komendant saatı martın 20-də tətbiq olunmuş və bir ay ərzində 24 saat davam etmişdi. Aprel ayından bu rejim yalnız gecə saatlarına tətbiq olunmuş, iyunun 13-dən isə 4 saatadək azaldılmışdı.

Bu günədək Şri-Lankada 2 mindən çox şəxs koronavirusa yoluxub. Onlardan 11 nəfəri ölüb, 1 661 nəfər sağalıb.

Oxuməni.az