Braziliyada koronavirusa 30 mindən çox yeni yoluxma qeydə alındı

Braziliyada koronavirusa 30 mindən çox yeni yoluxma qeydə alındı

29 İyun 2020 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyada koronavirusa yoluxanların ümumi sayı 1 344 143 nəfərə çatıb.

Oxuməni.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son gün ərzində həkimlər 30 476 yeni yoluxma aşkar ediblər.

Qeyd edilir ki, ölkədə pandemiya qurbanlarının ümumi sayı 57 622 nəfərə yüksəlib. Son sutka ərzində daha 552 insan təhlükəli virusdan ölüb.

Toplam olaraq Braziliyada infeksiyaya yoluxmuş 733 mindən çox insan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxuməni.az