Paniranistlərin türk düşmənçiliyi davam edir

Paniranistlərin türk düşmənçiliyi davam edir

26 İyun 2020 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Ərdəbil əyalətində Türkiyədə yayımlanan "Yetənək sizsiniz" proqramı kimi bir televiziya proqram yayımlandı. Ardınca verilişin təbliğatı aparıldı.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Güney azərbaycanlı milli-mədəni fəal Nadir Sulduzlu Axar.az-a açıqlamasında deyib.

O, paniranistlərin etirazı nəticəsində verilişin adının çox keçmədən dəyişdirildiyini bildirib:

"Ara-sıra televiziya və teatrda çıxışları baş tutan Babək Nəhreyn proqramın aparıcısı olacaqdı. Proqramın təbliğatında ilk başda verilişin adı "Türk şou" yazıldı. Həmişəki kimi paniranistlər və azəriçilər ("Azəriha" adlı türklərin əleyhinə olan və dövlət tərəfindən dəstəklənilən təşkilat – red) təxribata başladılar. Onlar bildirdilər ki, İranda türklər yox, azərilər vardır. Bu, istiqlal tələb etməkdir. Bunlar istəyirlər qövmlər arasına nifaq salsınlar. Bu səbəbdən də təbliğatın başlamasının üstündən bir gün keçmədi ki, verilişin adı dəyişilərək "Ulduzlar" oldu. Bundan sonra yazar Məhəmməd Rəhmanifər mövzu ilə bağlı yazı yazdı. O, yazısında bildirdi ki, türk adı İranda artıq qorxu yaradan bir həddə gəlib çatıb. Paniranistlər artıq türklərlə düşmənçiliklərini dilə gətirməkdən çəkinmirlər. Bir proqrama "Türk" adının verilməsinə belə dözümləri yoxdur. Onlar artıq açıq şəkildə düşmənliklərini elan edirlər".

Oxuməni.az