Putin ölkə liderləri ilə görüşərkən Lukaşenko  kənarda qaldı

Putin ölkə liderləri ilə görüşərkən Lukaşenko kənarda qaldı

24 İyun 2020 14:20
Bəyəndim (1) Bəyənmədim (0)

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinin Qələbə paradına gələn dövlət başçıları ilə ünsiyyəti zamanı kənarda qaldı.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

Putin naməlum əsgərin məzarı önünə gül-çiçək qoymadan əvvəl Qazaxıstan, Özbəkistan, Moldova və Tacikistan prezidentləri ilə "ayaq üstündə" danışıqlar aparıb.

"Belarus Prezidenti Aleksandr Lukaşenko bütün bu müddət arxada qaldı, heç kimlə ünsiyyət qurmadı", — agentlik yazır.

Artıq təqdimat mərasimindən sonra Putin Moldovanın lideri İqor Dodonla bir müddət ünsiyyətdə olub.

Bununla yanaşı, Belarus Prezidenti tribunalarda Rusiya Prezidentinin yanında oturmuşdu. Müharibə veteranlarından biri ilə ünsiyyət qurarkən, Belarus lideri gözyaşlarını sildi.

Oxuməni.az