Latviya, Litva və Estoniya hərbi dəniz qüvvələrini birgə bərpa etmək istəyirlər

Latviya, Litva və Estoniya hərbi dəniz qüvvələrini birgə bərpa etmək istəyirlər

23 İyun 2020 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Baltikyanı ölkələr birgə hərbi dəniz qüvvələrini yeniləməyi planlaşdırırlar və birgə tender elan edirlər.

Oxuməni.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı Yuri Saskinin sözlərinə görə, Baltikyanı ölkələrin donanmasını təşkil edən gəmilərin əksəriyyəti (əsasən, tralçilərdir) 15 ildən sonra ömrünü başa vurmuş olacaq. Ona görə də Latviya, Litva və Estoniya birgə gəmi istehsalına başlayacaqlar.

"Yekun qərar qəbul etməyə biz hələ çatmamışıq, amma ali hərbi rəhbərlik bu planı haradasa bir il əvvəl götür-qoy edib və nəticədə onu qəbul edib. İndi bizim vəzifəmiz bütün bunlara nə qədər pul lazım olduğunu başa düşmək üçün ilkin rəqəmləri təqdim etməkdir", — Saska bildirib. İndi bizim vəzifəmiz bu məqsədlə nə qədər maliyyə vəsaiti tələb olunduğunu öyrənməkdir.

Yuri Saskanın dediyi kimi, suüstü hədəfləri vurmağa və hava məkanına nəzarəti təmin etməyə qadir olan gəmilər lazımdır.

Oxuməni.az