Tramp İrana təşəkkür etdi

Tramp İrana təşəkkür etdi

5 İyun 2020 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uaytı azad etdiyi üçün təşəkkür edib.

Oxuməni.az xəbər verir ki, bu sözlərini Tramp öz Tvitter səhifəsində paylaşıb.

“Mayklın evdə olması çox yaxşıdır. İndicə gəlib. Sağ ol, İran. ABŞ-da seçki bitənə qədər böyük müqavilə bağlamağı gözləməyin. Mən qalib gəlməyə hazırlaşıram. Siz indi daha yaxşı müqavilə bağlayacaqsınız”, – deyə o bildirib.

Oxuməni.az