Belarusda yeni Baş nazir təyin olunub

Belarusda yeni Baş nazir təyin olunub

4 İyun 14:18
1 937
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusda Roman Qolovçenko yeni Baş nazir təyin edilib.

Oxuməni.az-ın məlumatına görə, bu barədə ölkə Prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb.

Qeyd edək ki, ötən gün Sergey Rumasın başçılıq etdiyi hökumət istefa vermişdi.

A.Lukaşenko yeni hökumətin formalaşdırılmasını avqustun 9-da keçiriləcək prezident seçkilərinə hazırlıqla izah edib.

R.Qolovçenko 2018-ci ilin avqustundan Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri işləyib.

Oxuməni.az