ÜST xəbərdarlıq etdi: “İkinci dalğa daha dağıdıcı olacaq”

ÜST xəbərdarlıq etdi: “İkinci dalğa daha dağıdıcı olacaq”

3 İyun 2020 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klyuqe COVID-19-un ikinci dalğası təhlükəsinin açıq-aşkar mövcud olduğunu bəyan edib.

Oxuməni.az-ın məlumatına görə, o əlavə edib ki, ikinci dalğa qaçılmaz deyil:

“Ancaq getdikcə daha çox ölkə məhdudiyyətləri aradan qaldırır. Bu, COVID-19 infeksiyasının təkrar dalğalanması üçün açıq-aşkar təhdid deməkdir. Əgər məhdudiyyətlərin aradan qaldırılması dayandırılmasa, ikinci dalğa gələ və o olduqca dağıdıcı ola bilər”.

ÜST rəsmisi COVID-19-un hələ də vaksini və ya müalicəsi olmadığını vurğulayıb.

Oxuməni.az