Almaniya Aİ ölkələrinə səyahət qadağasını aradan qaldıracaq

Almaniya Aİ ölkələrinə səyahət qadağasını aradan qaldıracaq

3 İyun 15:01
1 131
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Avropa İttifaqı ölkələrinə səyahət qadağasını aradan qaldıracaq.

Oxuməni.az "Guardian"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib.

"Almaniya iyunun 15-dən Aİ-yə üzv ölkələr və Böyük Britaniya, İslandiya, Norveç, Lixtenşteyn, İsveçrə üçün səyahət qadağasını ləğv edəcək”, - deyə nazir bildirib.

O qeyd edib ki, İspaniya və Norveç istisna olmaqla, Aİ ölkələrinin çoxunda karantin qaydaları yumşaldılıb.

Nazir vurğulayıb ki, səyahət barədə xəbərdarlıq tövsiyələrlə əvəz olunacaq. Lakin XİN başçısı əlavə edib ki, Almaniya vətəndaşlarına ehtiyac olmadığı təqdirdə Britaniyaya səyahət etməmək barədə xəbərdarlıq olunacaq, çünki bu ölkədə 14 günlük karantin müddəti qüvvədədir.

Oxuməni.az